12-05-2020
PCT sistemi istifadəçilərinin nəzərinə!
COVID-19 pandemiyası bütün sahələrdə olduğu kimi, əqli mülkiyyət sahəsinə də mənfi təsir göstərmişdir. Poçt əlaqələri məhdudlaşdırıldığına görə iddiaçılara bildirişlər, sorğular və digər məlumatların birbaşa kağız daşıyıcılarda göndərilməsi, eyni zamanda iddiaçılar (ərizəçilər) tərəfindən də iddia sənədlərinin ənənəvi qaydalara uyğun olaraq kağız daşıyıcılarda patent ofislərinə göndərilməsi imkanları sıfıra endirilmişdir.
Bununla əlaqədar Beynəlxalq Axtarış Orqanı (ISA/RU) və Beynəlxalq İlkin Ekspertiza Orqanı (IPEA/RU) qismində fəaliyyət göstərən Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) 2020-ci il 30 mart tarixindən iddiaçılara (ərizəçilərə) bildirişləri, beynəlxalq axtarış hesabatlarını, yazılı məlumatları və PCT ərizələri üzrə beynəlxalq ilkin ekspertiza qərarlarının göndərilməsini onlayn rejimdə həyata keçirir. Həmçinin PCT ərizələri üzrə bütün sənədləşmə işləri elektron qaydada həyata keçirilir.
Bunu nəzərə alaraq iddiaçıların (ərizəçilərin) diqqətinə çatdırılır ki, PCT ərizələri üzrə sənədləşmə işləri barədə, o cümlədən beynəlxalq axtarış hesabatı və ISA/RU yazılı məlumatları WIPO Beynəlxalq Bürosunun ePCT xidmətindən istifadə etməklə əldə etmək mümkündür.
Qeyd edilən xidmət haqqında ətraflı məlumat almaq üçün elektron poçt ünvanı belədir: https://pct.wipo.int/ePCTExternal/pages/landing.xhtml.
Beynəlxalq ərizəyə dair məlumatda elektron poçt ünvanı göstərildiyi halda iddiaçılar (ərizəçilər) məlumat xarakterli bildirişləri ISA/RU-dan elektron poçt vasitəsilə alacaqlar.
Beynəlxalq ərizəyə dair məlumatda elektron poçt ünvanını göstərməyən iddiaçılar (ərizəçilər) isə məlumat xarakterli bildirişləri https://www.wipo.int/pct/en/news/2020/news 0008.ht... elektron ünvanda yerləşdirilən tövsiyələrə uyğun olaraq Beynəlxalq Büroya məlumat təqdim etməklə əldə edə bilərlər.
Zərurət yarandığı hallarda iddiaçılar (ərizəçilər) ISA/RU-ya pctpeo@rupto.ru ünvanı vasitəsilə məlumat göndərə bilərlər.