Rəhbərlik

DİREKTOR

Anar Yusif oğlu Hüseynov

1982-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakultəsini bitirmişdir.  
2007-ci ildə Bakı Dövlət Universitetinin  Jurnalistika fakultəsini magistratura səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.  
2003-2008-ci  illərdə Azərbaycan Respublikası Müəllif Hüququları Agentliyində əmək fəaliyyətinə böyük mütəxəssis vəzifəsindən başlayaraq baş məsləhətçi vəzifəsinədək yüksəlmişdir. 
2008-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Patent şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur.  
2012-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış “Sənaye mülkiyyəti obyektlərinin ekspertizası Mərkəzin”in (AzPatent) Əmtəə nişanlarının ekspertizası şöbəsində Beynəlxalq əmtəə nişanlarının ekspertizası sektorunun müdiri, 2017-ci ildən 2018-ci ilədək “Patent və Əmtəə Nişanları Mərkəzi”ndə Beynəlxalq əmtəə nişanlarının ekspertizası şöbəsinin müdiri işləmişdir. 
2018-2020-ci illərdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Beynəlxalq əmtəə nişanı sektorunun müdiri vəzifəsində çalışıb. 
2020-ci ilin iyun ayından Mərkəzin direktorunun müavini vəzifəsinə təyin olunmuşdur. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı tərəfindən əqli mülkiyyət sahəsində keçirilən beynəlxalq tədbirlərdə iştrak və məruzələrlə çıxış, Amerika Birləşmiş Ştatları Patent və Əmtəə Nişanları Ofisi, Koreya Əqli Mülkiyyət Ofisi, Finlandiya Patent və Qeydiyyat Ofisi tərəfindən keçirilən təlimlərdə iştirak etmişdir. 
Əqli mülkiyyət sahəsində bir sıra diplom və sertifikatları vardır.  
İngilis və rus dillərini sərbəst bilir. 
1-ci dərəcəli dövlət qulluqçusudur.
Ailəlidir, 2 övladı var.