Elanlar

Azərbaycan Respublİkasının Əqlİ Mülkİyyət Agentlİyİ aşağıdakı vakant vəzİfələrİn tutulması üçün müsahİbə elan edİr

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:

1. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümünələrin ekspertizası şöbəsinin Fizika sektorunda məsləhətçi-ekspert (1 yer);

2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İkin ekspertiza, axtarış və sənaye nümunələri üzrə iş sektorunda məsləhətçi-ekspert (1 yer).

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə;
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidən hazırlanma keçmə haqqında sənədin surəti (ali təhsil haqqında diplomun surəti əlavə olunmaqla);
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);
  • bir ədəd ağ fonda olan rəngli fotoşəkil (40mm x 60mm);
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

Aşağıdakı ixtisaslara yiyələnmiş şəxslərə üstünlük veriləcək:

1) Neft-qaz mədən

2) Neft-mexanika

3) Cihazqayırma mühəndisliyi

4) Proseslərin avtomatlaşdırılması

5) Kənd təsərrüfatı avadanlığı

6) Neft kimyası

7) Üzvi kimya

8) Fizika

9) Maşınqayırma.

Namizəd Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı bilməlidir.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2022-ci il  22 noyabr tarixindən 2022- ci il 30-dekabr saat 18:00-dək aparılacaq. Ərizələr şəxsən (iş günləri saat 09:00-dan 13:00- dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə və ya info@copat.gov.az elektron poçtla  təqdim oluna bilər.

Müsahibə zamanı namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan bacarıqları yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün 960-“Çağrı Mərkəzi”nə  müraciət edə bilərsiniz.

Avrasİya Patent İdarəsİndə İşləmək İstəyİrsİnİz?

Avrasiya Patent Təşkilatının (APT) Avrasiya Patent İdarəsi vakant vəzifələrin tutulması üçün müsahibə keçirir. Bu barədə APT-nın internet saytında elan verilib.

Müsahibədə iştirak etməklə aşağıdakı vəzifələrdən birini tuta bilərsiniz:

  • Patent məlumatı və avtomatlaşdırma idarəsinin rəisi;
  • Patent məlumatı və avtomatlaşdırma idarəsinin rəis müavini;
  • Patent məlumatı və avtomatlaşdırma idarəsinin Axtarış fondlarının və sistemlərinin inkişafı şöbəsinin baş mütəxəssisi.

Vakant vəzifələrin tutulması üzrə müsahibədə iştirak üçün sənədlərin qəbulu elanı, namizədlər üçün tələblər, əmək öhdəlikləri və bununla bağlı digər məlumatlar APT-nın internet saytının “Вакансии ЕАПВ” bölməsində yerləşdirilib.

Müsahibədə iştirakla bağlı sənəd qəbulu 2022-ci il 17 noyabr tarixində başa çatacaq. 

​İDDİAÇILARIN NƏZƏRİNƏ

2022-ci il 2 iyun tarixindən etibarən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə iddia sənədlərinin qəbulu yalnız Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) onlayn sistemi vasitəsilə elektron formada və ya bilavasitə kağız daşıyıcıda Əqli Mülkiyyət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 124 ünvanında yerləşən binasında həyata keçiriləcək.

Avrasiya Patent İdarəsi səriştəli hüquqşünaslar axtarır

Avrasiya Patent Təşkilatı (APT) Avrasiya Patent İdarəsinin (APİ) vakant olan Təşkilati-Hüquq Departamentinin rəis müavini, həmin departamentin Hüquq şöbəsi müdirinin müavini və baş mütəxəssisi vəzifələrinin tutulması üçün müsahibə elan edib.
Müsahibədə iştirak etmək üçün şərtlər, namizədlərə dair tələblər və digər məlumatlar APT-nin rəsmi internet saytının "EAPO Vakansiyaları" (“Вакансии ЕАПВ”) bölməsində yerləşdirilib.
Xatırladırıq ki, müsahibədə iştirakla bağlı sənəd qəbulu 2022-ci il  may ayının 14-də başa çatır.

2022-ci il martın 29-dan 31-dək Moskvada “Arximed” sərgisi keçiriləcək.

2022-ci il martın 29-dan 31-dək Moskvada “Kosmos” otel kompleksinin Sərgi Mərkəzinin ərazisində 25-ci “Arximed” Moskva Beynəlxalq İxtiralar və İnnovativ Texnologiyalar Salonu keçiriləcəkdir. Salonda iştirak etmək üçün Avrasiya Patent Təşkilatına (EAPO) üzv olan ölkələrdən ixtiraçılar dəvət olunurlar.
Tədbir haqqında ətraflı məlumat “Arximed”  ixtiralar salonunun saytında verilir:

https://www.archimedes.ru/salon-innovation-rus

Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi vakant yerlər üçün müsabiqə elan edir

Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsinin Ekspertiza departamentinin Kimya və tibb şöbəsində aşağıda qeyd olunan vakant ekspert vəzifələrinin tutulması üçün müsabiqə elan edir:

analitik biokimya üzrə ixtisaslaşmış olan ekspert (эксперта со специализацией в области аналитической биохимии);

 analitik biokimya üzrə ixtisaslaşmış aparıcı ekspert (ведущего эксперта со специализацией в области аналитической биохимии);

 analitik biokimya üzrə ixtisaslaşmış olan baş ekspert (главного эксперта со специализацией в области аналитической биохимии);

biotexnologiya üzrə ixtisaslaşmış mütəxəssis (эксперта со специализацией в области биотехнологии);

biotexnologiya sahəsində ixtisaslaşmış aparıcı mütəxəssis (ведущего эксперта со специализацией в области биотехнологии);

biotexnologiya üzrə ixtisaslaşmış baş ekspert (главного эксперта со специализацией в области биотехнологии);

tibb, əczaçılıq sahəsində ixtisaslaşmış olan ekspert (эксперта со специализацией в области медицины, фармацевтики);

tibb, əczaçılıq sahəsində ixtisaslaşmış aparıcı ekspert (ведущего эксперта со специализацией в области медицины, фармацевтики);

tibb, əczaçılıq sahəsində ixtisaslaşmış baş ekspert (главного эксперта со специализацией в области медицины, фармацевтики);

Vakant vəzifələrin tutulması üçün sənədlərin qəbulu, namizəd olmaq istəyən şəxslərə dair tələblər, əmək vəzifələri və iş şəraiti, habelə vakant vəzifənin tutulması üçün haqqında məlumatlar APT-nın internet portalının https://www.eapo.org/pdf/2021/person-card.pdf (namizəd kartı) "EAPO Vakansiyaları" bölməsində yerləşdirilib.   

Sənədlərin qəbulu 2022-ci il 31 mart tarixində başa çatır.  

Avrasiya Patent Təşkilatı işçi axtarır!

Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi (APT APİ) 1 sentyabr 2021-ci il tarixindən etibarən APT APİ Ekspertiza Bürosu Sənaye Nümunələri Şöbəsinin müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan edir. Aylıq əmək haqqı 145.000 (yüz qırx beş min) rubl olacaq.

APT APİ Ekspertiza Bürosu Sənaye Nümunələri Şöbəsinin müdiri vəzifəsini tutmaq istəyən iddiaçı aşağıdakı tələblərə cavab verməlidir:

  1. Ali təhsil.
  2. Avrasiya Patent Konvensiyasının (APK) Sənaye Nümunələrinin Mühafizəsi haqqında Protokoluna Üzv Dövlətin milli patent idarəsində ən azı 7 il iş təcrübəsi olmalıdır.
  3. Avrasiya Patent Təşkilatının normativ hüquqi aktlarını bilməlidir.
  4. Avrasiya Patent Təşkilatın rəsmi fəaliyyətinin həyata keçirilməsində istifadə olunan beynəlxalq müqavilələri, habelə Sənaye nümunələrin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsini  bilməlidir.
  5. Əqli mülkiyyət sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması təcrübəsinə malik olmalıdır.
  6. Rus və ingilis dillərində sərbəst danışmağı bacarmalıdır.
  7. Microsoft Office proqram paketini (Word, PowerPoint, Outlook) yaxşı səviyyədə bilməli, brauzerlərlə işləmək bacarığı olmalıdır.

 https://www.eapo.org/ru/index.php?newspress=view&d=1182 elektron ünvanına daxil olmaqla daha ətraflı məlumat əldə etmək olar.

 Əlaqə telefonu: 

+7 (495) 411-61-61

E -poçt: info@eapo.org

İş saatları: Moskva vaxtı

9:00-dan 17:00-a qədər

Avrasiya Patent İdarəsi işçi axtarır

Avrasiya Patent İdarəsi Kimya və tibb ekspertizası idarəsinin Kimya və tibb şöbəsində vakant olan aparıcı-ekspert vəzifəsinə işə qəbul haqqında müsabiqə  elan etmişdir.

Bununla əlaqədar Avrasiya Patent Təşkilatının prezidenti S.Tlevlesova tərəfindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin Sədrinin adına müraciət daxil olmuşdur.

Biotexnologiya sahəsində çalışan mütəxəssisləri müsabiqədə iştirak etməyə dəvət edirik.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 2020-ci il 25 iyun tarixinədək Azərbaycan Respublikasının Əqli Mülkiyyət  Agentliyinə və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin elektron poçt ünvanlarına (info@copat.gov.az; office@patent.gov.az) göndərə bilərlər.

Təqdim olunmuş sənədlər Əqli Mülkiyyət Agentliyi tərəfindən Avrasiya Patent İdarəsinə göndəriləcəkdir.

Müsabiqədə iştirakla bağlı Avrasiya Patent İdarəsinin aşağıda göstərilən saytından ətrafı məlumat əldə edə bilərsiniz:

https://www.eapo.org/ru/https://www.eapo.org/ru/index.php?newspress=view&d=1031 

 

Əlaqə telefonları: (012) 449 62 54; (050) 319 07 21

 

Qoşma: 1. Qeydiyyat üçün anket vərəqi 

    2. Elan vərəqi 

Azərbaycan Respublikası Əqli Mülkiyyət

 Agentliyinin tabeliyində olan Patent və

Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tələbə və gənc tədqiqatçıları 2020-ci ildə distant kurslarda təhsil almağa DƏVƏT EDİR

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tərəfindən təşkil edilən 2020-ci il üçün Distant kurslar barədə  məlumatları dərc edirik.

 Təqdim olunan mövzuların tələbə və gənc tədqiqatçılar üçün faydalı olacağını nəzərə alaraq, onlar distant kurslarda iştirak etməyə  dəvət olunur.

Qeydiyyatdan keçmiş iştirakçıların təhsilinin ödənişsiz təmin olunması üçün paralel olaraq məlumatları Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə də göndərilməsini xahiş edirik.

Kurslarda qeydiyyat cari il 15 mart tarixədəkdir.

Aşağıda göstərilən sayta daxil olmaqla distant kurslar barədə əlavə məlumatları əldə edə bilərsiniz.

WIPO Academy

www.wipo.int › academy

 

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan

Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi.

email: a.ismayilov@patent.gov.az;  isapashayev596@gmail.com

əlaqə telefonları:  (012) 449 62 54;  (050) 319 07 21 ; (051) 340 65 85
 

WIPO Academy - [DL] Distance Learning Program 2020     https://www.wipo.int/academy/en/ 

WIPO Academy DL Registration Guide (StartupAcademies) 2020   https://www.wipo.int/academy/en/  

Академия ВОИС – [DL] Программа дистанционного обучения 2020   https://www.wipo.int/academy/ru

Sizi ödənişsiz təlimlərə dəvət edirik!

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi 2020-ci ilin 1-ci rübündə “İxtira, faydalı model və sənaye nümunələrinin qeydiyyatı: iddia sənədlərinin tərtibi, təqdim edilməsi, ekspertizası və qeydiyyatdan keçirilmiş sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda ödənişsiz təlim kursları təşkil edir.

Elmi-tədqiqat institutlarında, ali, orta ixtisas, ümumi təhsil və peşə məktəblərində, istehsal müəssisələrində çalışan ixtiraçılar, təhsil alan tələbələr, şagirdlər və ixtira ilə maraqlanan hər bir şəxs təlim kurslarında iştirak edə bilər.

Təlimlərdə iştirak etmək istəyən namizəd özü barədə məlumatları (doğum tarixi, təhsil aldığı və ya işlədiyi yer, ixtisası (peşəsi), olduğu halda əsərləri (ixtiraları) və zəruri bildiyi digər məlumatlar) 2020-ci ilin yanvar ayının 20-dək Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin elektron poçt ünvanına (office@patent.gov.az) göndərməlidir.

Dinləyicilərə Əqli Mülkiyyət Agentliyinin və Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən patent alınması üçün iddia sənədinin tərtib edilməsi, təqdim olunması, ekspertizası, qeydiyyatı, ixtira, faydalı model və sənaye nümunələrinə xarici ölkə patentlərinin alınması qaydası, patentin qüvvədə olma müddəti və patent qanunvericiliyində yeniliklər barədə ətraflı məlumatlar veriləcək və onları maraqlandıran suallar cavablandırılacaqdır.

İştirakçılara təlim kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunacaq.

Kurslar həftənin iş günləri saat 15:00-dan – 17:00-dək Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 124) keçiriləcəkdir.

Təlimlərin başlanma tarixi barədə məlumat veriləcəkdir.

Ətraflı məlumat almaq üçün (n.osuji@patent.gov.az) elektron poçt ünvanına müraciət edə və ya (012) 449 62 54; (055) 930 63 35 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.