Əqli Mülkiyyət Agentliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

16-12-2019

Əqli Mülkiyyət Agentliyinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də ölkəmizdə Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilir.

Əqli Mülkiyyət Agentliyinin kollektivi də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anmaq üçün Fəxri Xiyabanı ziyarət edib və məzarı üstünə güllər qoyulub.

Anım mərasimində Agentliyin Aparatının və tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanasının əməkdaşları iştirak ediblər.