Əqli mülkiyyətlə maraqlanan şəxslərin nəzərinə!

16-10-2019

Əqli mülkiyyətlə maraqlanan şəxslərin nəzərinə!

Böyük Britaniya Əqli  Mülkiyyət Akademiyası patent sahələrinə aid test formasında kurslar təşkil edir. Kurslara dair məlumatların elektron ünvanını diqqətinizə təqdim edirik: https://academy.patsnap.com/. Kurslar ödənişsiz olaraq ingilis dilində, Böyük Britaniyanın aparıcı alimlərinin və əqli mülkiyyət üzrə ekspertlərinin iştirakı ilə aparılır.

Qeydiyyatdan keçmək üçün https://info.patsnap.com/patsnapacademyinvite linkindən istifadə etmək olar.

Gələcək karyeranızın qurulmasında və iş fəaliyyətinizdə böyük uğurların qazanılmasında Böyük Britaniya Əqli  Mülkiyyət Akademiyasının təşkil etdiyi kurslar əhəmiyyətli rol oynaya bilər.

Sizi kurslarda iştiraka dəvət edirik.

 

 Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 
tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi