12-02-2018
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin birgə tədbirləri davam edir
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında imzalanmış Memorandum çərçivəsində, “Mənşə yeri adları və Coğrafi göstəricilərin fərqləndirici əlamətləri və mühafizə” mövzusu üzrə təlimlərin dördüncü mərhələsi Modul 4: cari ilin 19 - 23 fevral 2018-ci il tarixlərində (5 gün) müddətində Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsin Təlim Mərkəzində davam edəcəkdir.
Xatırladırıq ki,
Modul 1: “Əsas təlim metodikaları” mövzusunda, 14-18 dekabr 2015-ci il
Modul 2: “Tətbiqi təlim metodikaları” mövzusunda 19-23 sentyabr 2016-cı il və
Modul 3: “Özəl sektor üçün ƏM sahəsində seçilmiş mövzular” üzrə təlimlər 15-19 may 2017-ci il tarixlərində Təlim Mərkəzində təşkil olunmuşdur.
Modul 4: Təlimlərində elm, təhsil, gömrük, özəl sektor və Patent və Əmtəə Nişanları Mərkəzini təmsil edən, ÜƏMT-nın Akademiyası tərəfindən qeydiyyata götürülmüş 20 nəfər təlimçi iştirak edəcəkdir.
Mühazirələr ÜƏMT təqdimatına uyğun olaraq Gürcüstan Respublikası Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) sədri cənab Nikolaz Qoqilidze, adı çəkilən Mərkəzin müşaviri cənab David Gabunia və Gürcüstan Respublikası Bankı Tədris Departamentinin təlimatçısı cənab Paata Papava tərəfindən tədris ediləcəkdir.