22-06-2018
Tbilisi şəhərində “Əqli Mülkiyyət və Təhsil” mövzusunda Beynəlxalq Konfrans
20-21 iyun 2018-ci il tarixlərində Tbilisi şəhərində Gürcüstan Respublikası "Milli Əqli Mülkiyyət Mərkəzi" - Sakpatenti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən birgə təşkil edilmiş “Əqli Mülkiyyət (ƏM) və Təhsil” mövzusunda Beynəlxalq Konfransda Patent və Əmtəə Nişanları Mərkəzinin əməkdaşları - Alı İsmayılov (Təlim Mərkəzinin müdiri) və Sevinc Zeynalova (İxtira və faydalı modellərin ekspertizası departamentinin böyük eksperti), eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetini təmsil edən Könül Əliyeva (İctimai Fənlər kafedrasının müdiri) iştirak etmişlər. Konfrans zamanı Mərkəzin eksperti Sevinc Zeynalova prezentasiya ilə çıxış edərək Təlim Mərkəzinin yaranması, hazırki fəaliyyəti və gələcək planları barədə məlumat vermişdir.