17-04-2023
Əqli Mülkiyyət Agentliyində təlim kursu keçiriləcək
2023-cü il 18 aprel tarixində Əqli Mülkiyyət Agentliyində "Əqli mülkiyyətə giriş" mövzusunda təlim başlayır. Təlim Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin əməkdaşları üçün nəzərdə tutulub.
"Əqli Mülkiyyət üzrə Milli Təlim Mərkəzi" MMC tərəfindən təşkil olunan 33 saatlıq təlim kursu həftədə 2 gün olmaqla keçiriləcək.