“Sənaye mülkiyyəti” bülletenlərinin 3-cü nömrəsi çapdan buraxılmışdır

14-04-2023

“Sənaye mülkiyyəti” bülletenlərinin 3-cü nömrəsi çapdan buraxılmışdır

Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2023-cü ilin mart ayında 3-cü nömrələri işıq üzü görmüşdür.

 İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 3-cü nömrəsində 3 ixtiraya, 1 faydalı modelə və 1 milli sənaye nümunələrinə aid iddia sənədləri barədə məlumatlar verilmişdir. Bu nömrədə Dövlət Reyestrinə daxil edilmiş 21 ixtira və 4 faydalı model patentləri haqqında, habelə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 9 beynəlxalq sənaye nümunəsi barəsində məlumatlarla da tanış olmaq mümkündür.

Bülletinin 3-cü nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 20, faydalı modelə dair 11 və sənaye nümunəsinə dair 7 bildiriş dərc edilmişdir.    

                                                                                                   ...

      Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2023-cü ilin mart ayında nəşr olunmuş 3-cü nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 197 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 129-u hüquqi şəxslər və 43-ü fiziki şəxslər tərəfindən Agentliyə təqdim edilib. İddia sənədlərinin 25-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri vermişdir.   

Bülletenin 3-cü nömrəsində əmtəə nişanları sahiblərinin adlarının və (və ya) ünvanlarının dəyişdirilməsi barədə 32, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 8, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 105, coğrafi göstəricilərin qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 6 və qüvvədə olan əmtəə nişanlarının etibarsız hesab edilməsi barədə 7 bildiriş dərc olunmuşdur.