Əqli Mülkiyyət Agentliyinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

19-01-2023

Əqli Mülkiyyət Agentliyinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin qəhrəmanlıq səlnaməsidir. Bu faciədən 33 il ötür.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əbədi məşəl kompleksinin önünə əklil qoyulub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!