“Sənaye mülkiyyəti” bülletenlərinin 11-ci nömrəsi çapdan buraxılmışdır

02-12-2022

“Sənaye mülkiyyəti” bülletenlərinin 11-ci nömrəsi çapdan buraxılmışdır

Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 11-ci nömrələri işıq üzü görmüşdür.

İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülleteninin 11-ci nömrəsində 7 ixtiraya və 2 milli sənaye nümunələrinə aid iddia sənədləri barədə məlumatlar verilmişdir. Oxucular Dövlət reyestrinə daxil edilmiş 8 ixtira, 5 faydalı model və 4 milli sənaye nümunəsi patentləri haqqında məlumatlarla da tanış ola biləcəklər.

“Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 13 beynəlxalq sənaye nümunəsi barədə məlumatlar istehlakçıların marağına səbəb olacaqdır.  

Bülletinin 11-ci nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 22 və faydalı modelə dair 5 bildiriş dərc edilmişdir.    

                                                                      ...

      Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 11-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 205 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarının iddiaçılarının 133-ü hüquqi şəxs və 40-ı fiziki şəxsdir. İddia sənədlərinin 32-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilmişdir.

Bülletenin 11-ci nömrəsində əmtəə nişanları sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 24, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 6, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 58 bildiriş dərc olunub.