03-11-2022
“Sənaye mülkiyyəti” bülletenlərinin 10-cu nömrəsi çapdan buraxılmışdır
Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2022-ci ilin oktyabr ayında 10-cu nömrələri işıq üzü görmüşdür.
İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 10-cu nömrəsində 8 ixtiraya, 2 faydalı modelə və 1 milli sənaye nümunəsinə aid iddia sənədləri barədə məlumatlar verilmişdir. Bu nömrədə Dövlət Reyestrinə daxil edilmiş 6 ixtira patentləri haqqında, habelə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 14 beynəlxalq sənaye nümunəsi barəsində məlumatlarla da tanış olmaq mümkündür.
Bülletinin 10-cu nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 11, faydalı modelə dair 1 və sənaye nümunəsinə dair 10 bildiriş dərc edilmişdir.
...
Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2022-ci ilin oktyabr ayında nəşr olunmuş 10-cu nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 184 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 126-i hüquqi şəxslər və 38-i fiziki şəxslər tərəfindən Agentliyə təqdim edilib. İddia sənədlərinin 20-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilmişdir.
Bülletenin 10-cu nömrəsində əmtəə nişanları sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 39, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 34, lisenziya müqaviləsinin qeydiyyatı barədə 19, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 60 bildiriş dərc olunmuşdur.