02-08-2022
“Sənaye mülkiyyəti” bülletenlərinin 7-ci nömrəsi çapdan buraxılmışdır
Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2022-ci ilin iyul ayında 7-ci nömrələri işıq üzü görmüşdür.
İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 7-ci nömrəsində 6 ixtiraya və 2 faydalı modelə aid iddia sənədləri barədə məlumatlar verilmişdir. Bu nömrədə Dövlət Reyestrinə daxil edilmiş 11 ixtira, 2 faydalı model və 1 milli sənaye nümunəsi patentləri haqqında, habelə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 15 beynəlxalq sənaye nümunəsi barəsində məlumatlarla da tanış olmaq mümkündür.
Bülletinin 7-ci nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 7, faydalı modelə dair 1 və sənaye nümunəsinə dair 3 bildiriş dərc edilmişdir.
...
Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2022-ci ilin iyul ayında nəşr olunmuş 7-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 204 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 70-i hüquqi şəxslər və 40-ı fiziki şəxslər tərəfindən Agentliyə təqdim edilib. İddia sənədlərinin 94-ü iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilmişdir.
Bülletenin 7-ci nömrəsində əmtəə nişanları sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 33, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 8, əmtəə və xidmətlərin siyahısında dəyişikliklərə dair 37, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 75 bildiriş dərc olunmuşdur.