İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərman imzalamışdır

16-06-2022

İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fərman imzalamışdır

15 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Fərman imzalayıb. Fərmana əsasən ölkəmizdə ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması və bu sahəyə dövlət dəstəyinin göstərilməsi məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçünAzərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 (əlli) faizi dövlət tərəfindən maliyyələşdiriləcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını 3 ay müddətində təsdiq edəcəkdir.