ƏQLİ MÜLKİYYƏT SAHƏSİNDƏ GƏNC ALİMLƏRİN III “İNTELLEKT” BEYNƏLXALQ MÜSABİQƏSİ KEÇİRİLİR

13-06-2022

ƏQLİ MÜLKİYYƏT SAHƏSİNDƏ GƏNC ALİMLƏRİN III “İNTELLEKT” BEYNƏLXALQ MÜSABİQƏSİ KEÇİRİLİR

Əqli mülkiyyət sahəsində gənclərin potensialının kəşf edilməsi və bu sahəyə marağın daha da artırılmasına dəstək məqsədilə keçirilən tədbirlər çərçivəsində 3-cü dəfədir  ki, Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası (RDƏMA) tərəfindən “İntellekt” Beynəlxalq müsabiqəsi keçirilir.

 Müsabiqənin keçirilməsində məqsəd əqli mülkiyyət sahəsində təhsil və elmi fəaliyyətin inkişafı və inteqrasiyası, əqli mülkiyyət sahəsində gənclərin peşəkar yüksəlişinin təşviq edilməsidir.  

 Müsabiqədə ali təhsil müəssisələrinin və elmi təşkilatların 35 yaşa qədər tələbə və aspirantları iştirak edə bilərlər. Azərbaycanı təmsil edən tələbə və aspirantların da öz istedadlarını nümayiş etdirmələri üçün yaxşı imkan yaranmışdır.  

 Ərizələrin qeydiyyatı və qəbulu oktyabr ayının 31-dək davam edəcəkdir.   

 Müsabiqə iştirakçılarının təqdimatla çıxış formatında elmi layihələrinin müdafiəsi və qaliblərin Rospatent tərəfindən mükafatlandırılması 2022-ci ilin dekabr ayı üçün nəzərdə tutulub.

  Bildiririk ki, müsabiqədə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə pul mükafatı, 4-cü, 5-ci və 6-cı yerləri tutanlara isə RDƏMA tərəfindən həyata keçirilən təhsil proqramları (təhsilə 50% endirim) sertifikatlar veriləcəkdir.


 

Müsabiqədə iştirak etmək üçün siz Müsabiqənin internet saytından “ЗАРЕГИСТРИРОВАТЬСЯ Положение о Международном конкурсе молодых ученых” internet saytından qeydiyyatdan keçə

və RDƏMA-nın əməkdaşı Zolotova Valeriya Borisovna ilə +7 (495) 695-47-48 nömrəli telefon və v.zolotova@rgiis.ru elekton poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.