“Sənaye mülkiyyəti” bülletenlərinin 5-ci nömrəsi çapdan buraxılmışdır

02-06-2022

“Sənaye mülkiyyəti” bülletenlərinin 5-ci nömrəsi çapdan buraxılmışdır

Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2022-ci ilin may ayında 5-ci nömrələri işıq üzü görmüşdür.

 Oxucular ixtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 5-cü nömrəsində 10 ixtiraya aid iddia sənədləri barədə məlumatlarla tanış ola bilərlər. Bu nömrədə Dövlət Reyestrinə daxil edilmiş 8 ixtira, 8 faydalı model və 4 milli sənaye nümunəsi patentləri haqqında məlumatlar dərc olunub. “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 10 beynəlxalq sənaye nümunəsi barəsində məlumatlar da oxuculara təqdim olunur.

 Bülletinin 5-ci nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 13, faydalı modelə dair 3 və sənaye nümunəsinə dair 8 bildiriş dərc edilmişdir.

...

       Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2022-ci ilin may ayında nəşr olunmuş 5-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 172 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddiaçıların 77-i hüquqi şəxslər və 42-i fiziki şəxslərdir. İddia sənədlərinin 53-ü iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilmişdir.  

 Bu nömrədə Agentlik tərəfindən qeydiyyata alınmış Əmtəə və Xidmətlərin Beynəlxalq təsnifatının (ƏXBT) 33-cü sinfi üzrə şərablarla bağlı “Ağdam” coğrafi göstərici barəsində məlumatlar da verilmişdir.

Bülletenin 5-ci nömrəsində əmtəə nişanları sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 17, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 20, lisenziya müqaviləsinin qeydiyyatı barədə 1, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 49 bildiriş dərc olunmuşdur.