21-04-2022
Avrasiya Patent İdarəsi səriştəli hüquqşünaslar axtarır
Avrasiya Patent Təşkilatı (APT) Avrasiya Patent İdarəsinin (APİ) vakant olan Təşkilati-Hüquq Departamentinin rəis müavini, həmin departamentin Hüquq şöbəsi müdirinin müavini və baş mütəxəssisi vəzifələrinin tutulması üçün müsahibə elan edib.
Müsahibədə iştirak etmək üçün şərtlər, namizədlərə dair tələblər və digər məlumatlar APT-nin rəsmi internet saytının "EAPO Vakansiyaları" (“Вакансии ЕАПВ”) bölməsində yerləşdirilib.
Xatırladırıq ki, müsahibədə iştirakla bağlı sənəd qəbulu 2022-ci il may ayının 14-də başa çatır.