04-04-2022
“Sənaye mülkiyyəti” bülletenlərinin 3-cü nömrəsi çapdan buraxılmışdır
“Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2022-ci ilin mart ayında 3-cü nömrələri işıq üzü görmüşdür.
İxtiralar, faydalı modellər və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 3-cü nömrəsində 5-i ixtiraya və 1-i faydalı modelə aid iddia sənədləri barədə məlumatlar verilmişdir.
İddiaçılar və digər maraqlı şəxslər bülletenin 3-cü nömrəsində həmçinin Dövlət Reyestrinə daxil edilmiş 19 ixtira və 5 faydalı model patentləri haqqında, eləcə də “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 14 beynəlxalq sənaye nümunəsi barəsində məlumatlarla tanış ola bilərlər.
3-cü nömrədə patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtira üzrə 16, faydalı model üzrə 4 və sənaye nümunələri üzrə 11 bildiriş dərc edilmişdir.
...
Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülleteninin 2022-ci ilin mart ayında nəşr olunmuş 3-cü nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 196 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 75-i hüquqi şəxslər, 40-ı fiziki şəxslər və 81-i patent müvəkkilləri tərəfindən Agentliyə təqdim edilib.
Bülletenin 3-cü nömrəsində əmtəə nişanı sahibinin adının və ya ünvanının dəyişdirilməsi barədə 37, hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 11, qeydiyyata alınmış əmtəə nişanına aid əmtəə və xidmətlərin siyahısında dəyişikliklərə dair 4, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 60 bildiriş dərc olunmuşdur.