Avrasiya patent sisteminin istifadəçiləri üçün vacib məlumat

29-03-2022

Avrasiya patent sisteminin istifadəçiləri üçün vacib məlumat

Hörmətli iddiaçılar və patent müvəkkilləri!

Rusiya Federasiyasından və Rusiya Federasiyasına uçuşların sayının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması, habelə kağız üzərində poçtun çatdırılması ilə bağlı logistika qaydalarının müvafiq şəkildə pozulması, poçt göndərişlərinin emalı və çatdırılması müddətlərinin əhəmiyyətli dərəcədə artması ilə xarakterizə olunan mövcud vəziyyətdə ЕАПВ-ОНЛАЙН sistemində qeydiyyatdan keçməyiniz və Avrasiya Patent İdarəsindən yazışmaların (məktubların) elektron formada alınması haqqında Müqavilə bağlamağınız tövsiyə olunur.

Hazırda sistemdə müasir elektron imza vasitələrindən istifadə etməklə elektron formada mükəmməl ikitərəfli qarşılıqlı əlaqə yaradılıb.