“Arximed” Beynəlxalq ixtiralar və İnnovasiya Texnologiyaları Sərgisi keçiriləcəkdir

15-03-2022

“Arximed” Beynəlxalq ixtiralar və İnnovasiya Texnologiyaları Sərgisi keçiriləcəkdir

29-31 mart tarixlərində Moskva şəhərində “Kosmos” mehmanxana kompleksinin konqres sərgi mərkəzində XXV “Arximed” Beynəlxalq ixtiralar və İnnovasiya Texnologiyaları sərgisi keçiriləcək. Bununla əlaqədar Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi digər üzv dövlətlərlə yanaşı Azərbaycandan olan ixtiraçıları da sərgidə iştiraka dəvət edir. 
   Bu barədə Avrasiya Patent Təşkilatının vitse-prezidenti Emil Məmmədovun Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, ölkəmizin Avrasiya Patent Təşkilatının İnzibati Şurasında səlahiyyətli nümayəndəsi Kamran İmanova məktubunda məlumat verilir.
   Avrasiya Patent İdarəsi “Arximed” Salonunun daimi tərəfdaşıdır. Avrasiya Patent Təşkilatının (APT) üzvü olan ölkələrin ixtiraçılarını salonda iştiraka cəlb etmək məqsədilə APT-yə Salonun təşkilatçılarından təklif daxil olub. APT-yə üzv ölkələrin ixtiraçıları ödənişsiz əsasda əyani və qiyabi formada 3 layihə ilə sərgidə iştirak edə bilərlər.
“Arximed 2022” sərgisində iştirak üçün ətraflı məlumatı rKSiksinibavev @ eapo.org saytından və ya +7(495) 411 6161 (424) nömrəli telefonla əlaqə saxlayaraq əldə etmək olar. "Arximed" salonu haqqında məlumatlar isə tədbirin saytında https•.//www.archimedes.shL.yerləşdirilmişdir.