Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi Ekspertiza departamentinin Kimya və tibb şöbəsində vakant yerlərin tutulması üçün müsabiqə keçirir

11-03-2022

Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi Ekspertiza departamentinin Kimya və tibb şöbəsində vakant yerlərin tutulması üçün müsabiqə keçirir

Avrasiya Patent Təşkilatının (APT) Avrasiya Patent İdarəsi tərəfindən Ekspertiza departamentinin Kimya və tibb şöbəsində vakant olan ekspert vəzifələrinin tutulması üçün müsabiqəyə start vermişdir.

Vakant yerlərin tutulması üçün sənədlərin qəbulu, namizəd olmaq istəyən şəxslərə dair tələblər, ekspertin əmək vəzifələri və iş şəraiti, habelə vakant vəzifənin tutulması barədə məlumatlar APT-nin internet portalının  https://www.eapo.org/pdf/2021/person-card.pdf (namizəd kartı) "EAPO Vakansiyaları" bölməsində yerləşdirilib.

Müəyyən edilmiş şərtlərə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları olan mütəxəssislər də müsabiqədə iştirak edə bilərlər.

Vakant yerlər aşağıdakılardır:

analitik biokimya sahəsində ixtisaslaşmış ekspert (эксперта со специализацией в области аналитической биохимии);
analitik biokimya sahəsində ixtisaslaşmış aparıcı ekspert (ведущего эксперта со специализацией в области аналитической биохимии);
analitik biokimya sahəsində ixtisaslaşmış baş ekspert (главного эксперта со специализацией в области аналитической биохимии);
biotexnologiya sahəsində ixtisaslaşmış mütəxəssis (эксперта со специализацией в области биотехнологии);
biotexnologiya sahəsində ixtisaslaşmış aparıcı mütəxəssis (ведущего эксперта со специализацией в области биотехнологии);
biotexnologiya sahəsində ixtisaslaşmış baş ekspert (главного эксперта со специализацией в области биотехнологии);
tibb, əczaçılıq sahəsində ixtisaslaşmış ekspert (эксперта со специализацией в области медицины, фармацевтики);
tibb, əczaçılıq sahəsində ixtisaslaşmış aparıcı ekspert (ведущего эксперта со специализацией в области медицины, фармацевтики);
tibb, əczaçılıq sahəsində ixtisaslaşmış baş ekspert (главного эксперта со специализацией в области медицины, фармацевтики);
Müsabiqədə iştirak üçün sənədlərin qəbulu 2022-ci il 31 mart tarixində başa çatır.