Nərgiz Azər qızı Hacıyeva
1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dillər İnstitutunu (indiki Azərbaycan Dövlət Xarici Dillər Universiteti) ingilis dili fakultəsini bitirmişdir. Əmək fəaliyyətinə 1995-ci ildə Azərbaycan Respublikası Elm və Texnika Komitəsi yanında Milli Patent Ekspertizası Mərkəzində Əmtəə nişanlarının ekspertizası şöbəsində ekspert vəzifəsində başlamışdır.
2002-ci ildən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (sonradan Komitədə) Patent şöbəsinin Əmtəə nişanlarının ekspertisazı sektorunda aparıcı məsləhətçi vəzifəsinə təyin edilib. 2006-cı ildə Agentliyin Beynəlxalq əlaqələr Şöbəsində aparıcı məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirib.
2014-cü ildə Qanunvericilik və hüquq ekspertizası şöbəsində baş məsləhətçi vəzifəsinə təyin edilib. 2017-ci ildən 2018-ci ilədək Komitənin tabeliyində olan “Patent və əmtəə nişanları Mərkəzi”ndə böyük ekspert, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin iyul ayınadək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Beynəlxalq əmtəə nişanı sektorunda baş məsləhətçi vəzifələrində işləyib. 2020-ci ilin iyul ayından 2022-ci ilin avqust ayınadək həmin sektorun müdiri vəzifəsində çalışıb.
2022-ci ilin avqust ayından Əmtəə nişanları və coğrafi göstəricilərin ekspertizası şöbəsində müdir müavini vəzifəsini tutub.
2023-cü ilin yanvar ayından Mərkəzin direktor müavini vəzifəsində çalışır.
Əqli mülkiyyət sahəsində bir sıra milli və beynəlxalq sertifikatları vardır.
İngilis və rus dillərini sərbəst bilir.
Dövlət qulluğunun kiçik müşaviridir.