Elanlar

İDDİAÇILARIN NƏZƏRİNƏ!

İDDİAÇILARIN NƏZƏRİNƏ!

Hörmətli iddiaçılar!

 Nəzərinizə çatdırırıq ki, əmtəə nişanının qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilməlidir və iddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır.

Bildiririk ki,  “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə əsasən əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakıların göstərilməsi mütləqdir:

  •   iddiaçının adı;
  •  iddiaçının ünvanı;
  •   iddia edilən nişanın şəkli;
  •  nişanların qeydiyyatı üçün əmtəələrin və ya xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahı;
  •   əmtəə nişanının rəngi;
  • iddiaçı hüquqi şəxs olduqda ərizə təşkilatın rəhbəri və ya rəhbərin adından imzalamağa səlahiyyəti olan şəxs tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi, soyadı, adı göstərilməli və imza möhürlə təsdiqlənməlidir.

Aşağıda göstərilənlər iddia ərizəsində qeyd edildiyi təqdirdə iddia sənədi geri qaytarılacaq və verilməmiş sayılacaqdır:

          1.  ərizədə əmtəə və xidmətlərin siyahısı Azərbaycan dilində deyil, hər hansı xarici dildə yazıldıqda;
          2.  ərizədə nişanın qeydiyyatı üçün nəzərdə tutulmuş əmtəə və xidmətlərin siyahısı konkret şəkildə (məsələn: 01-ci sinif: ağac kömürü) deyil, sinif
               qruplarının başlıqları ilə göstərildikdə;

          3.  ərizədə siyahı yalnız əmtəələrin və ya xidmətlərin aid olduğu siniflərin nömrəsi ilə qeyd edildikdə (məsələn: 09,18,24,36);
          4.  ərizədə yalnız əmtəə və ya xidmətin sinif nömrəsini qeyd edərək “siyahı gələcəkdə təqdim olunacaq” kimi yazıldıqda.

  • “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən “əmtəə nişanına dair şəhadətnamənin sahibi əmtəə nişanının yanında onların Azərbaycan Respublikasında qeydiyyatda olmasını bildirən “®” işarəsi qoya bilər. Xahiş olunur, qeydiyyata alınmış əmtəə nişanı simvolu olan “® işarəsini əmtəə nişanının şəkilləri üzərində yalnız daha əvvəl qeydiyyata malik olduğunuz halda əks edəsiniz.