08-12-2020
“Gələcəyə baxış” Avrasiya Patent Universiadası - 2021
Avrasiya Patent İdarəsi tərəfindən “Gələcəyə baxış” Avrasiya Patent Universiadası keçirilir.
Universiada Avrasiya Patent Təşkilatının 25-ci ildönümünə həsr olunub.
Universiadada təhsil müəssisələrinin tələbələri, həmçinin 18 yaşdan - 25 yaş daxil olmaqla digər maraqlanan şəxslər iştirak edə bilər.
Universiadaya təqdim olunacaq yaradıcılıq işləri rus və ya ingilis dilində olmalıdır.
Yaradıcılıq işlərinin Avrasiya Patent İdarəsinə göndərilməsi üçün son tarix: 28 fevral 2021-ci il.
Universiadanın nəticələri 2021-ci il 31 mart tarixinədək açıqlanacaq.
Universiada haqqında ətraflı məlumat Avrasiya Patent Təşkilatının internet səhifəsində yerləşdirilib: www.eapo.org