27-02-2020
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Fevralın 26-da Əqli mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində insanlığa qarşı tarixin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı qurbanlarını xatirəsini anım mərasimi keçirildi.
Mərkəzin direktoru Xudayət Həsənli Xocalı şəhərində dinc sakinlərə qarşı törədilən dəhşətli hadisələri xatırladaraq qeyd etdi ki, 1992-il fevralın 25-dən 26-a keçə gecə Rusiyanın 366-cı motoatıcı divizayısının iştirakı ilə erməni hərbi birləşmələri tərəfindən 613 nəfər (63 uşaq, 106 qadın və 70 qoca) qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülmüşdür. 150 Xocalı sakini itkin düşmüşdür.
Xocalı soyqırımndan artıq 28 il ötür. Lakin 28 il əvvəl baş vermiş soyqırımın şahidi olan və qanlı hadisələrdən sonra dünyaya göz açmış hər bir xocalı doğma ata-baba yurduna qayıdacağı günü gözlləyir.
Direktorun müşaviri Mir Yaqub Seyidov və Xocalı hadisələri zamanı Qarabağ bölgəsində müxbir kimi fəaliyyət göstərmiş Mərkəzin İnformasiya texnologiyaları və dərc şöbəsinin böyük məsləhətçisi Elxan Rüstəmov çıxış edərək Xocalı soyqırımının xalqımızın yaddaşından heç zaman silinməyəcəyini vurğuladılar.