Avrasiya Patent İdarəsi işçi axtarır.

02-07-2019

Avrasiya Patent İdarəsi işçi axtarır.

Avrasiya Patent Təşkilatinin Avrasiya Patent İdarəsi Tibbi biokimya sahəsi üzrə İxtisaslaşmiş Ekspertiza İdarəsinin Kimya və tibb şöbəsində vakant olan aparici ekspert  vəzifəsinin tutulmasi üçün müsabiqə elan edir.
Müsabiqə Avrasiya Patent İdarənin 1998-ci il 1iyun tarixli 24 nömrəli əmri ilə təsdiq edilmiş Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsində vakant qulluqçu vəzifələrinin müsabiqə yolu ilə tutulması haqqında Əsasnaməyə uyğun olaraq keçirilir. 
Müsabiqədə iştirak üçün sənəd qəbulu 2019-cu il 31 iyul tarixdə də başa çatir.
      Vakant vəzifələrin tutulmasi üçün müsabiqədə iştirakla bağlı sənəd qəbulu barədə elan, iddiaçilara dair tələblər, əmək öhdəlikləri və  iş şəraiti, eləcə də vakant vəzifənin tutulmasi üçün iddiaçi karti Avrasiya Patent Təşkilatinin veb portalinın «Xəbərlər» bölməsində yerləşdirilmişdir.
        Bildiririk ki, müsabiqə barədə Avrasiya Patent Təşkilatının prezidenti xanım Saule Tlevlesova Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri cənab Kamran İmanova 2019-cu il 27 iyun tarixdə məktub ünvanlamışdır.
         Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi gənc mütəxəssisləri müsabiqədə iştirak etməyə dəvət edir.