Avrasiya Patent İdarəsi tərəfindən “Avrasiya sistemi ilə ixtiraların patentləşdirilməsi (mexanika, fizika və elektrotexnika sahələri üzrə avrasiya iddia sənədlərinin ekspertizasının xüsusiyyətləri)” mövzusunda təcrübə kursunda Azərbaycan mütəxəssisləri iştirak etmişlər

27-05-2019

Avrasiya Patent İdarəsi tərəfindən “Avrasiya sistemi ilə ixtiraların patentləşdirilməsi (mexanika, fizika və elektrotexnika sahələri üzrə avrasiya iddia sənədlərinin ekspertizasının xüsusiyyətləri)” mövzusunda təcrübə kursunda Azərbaycan mütəxəssisləri iştirak etmişlər

2019-cu il 20-24 may tarixlərində Avrasiya Patent İdarəsi tərəfindən Moskva şəhərində “Avrasiya sistemi ilə ixtiraların patentləşdirilməsi (mexanika, fizika və elektrotexnika sahələri üzrə avrasiya iddia sənədlərinin ekspertizasının xüsusiyyətləri)” mövzusunda üzv dövlətlərin milli patent idarələrinin mütəxəssisləri üçün təcrübə kursu təşkil olunmuşdur. Təcrübə kurslarında Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modellərin ekspertizası şöbəsinin müdirinin v.i.e Gülnarə Rüstəmova və həmin şöbənin aparıcı məsləhətçi-ekspertinin v.i.e Gülşən Ağayeva iştirak etmişlər.
Təcrübə kursu zamanı Avrasiya Patent İdarəsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avropa Patent Təşkilatının ekspert və mütəxəssisləri tərəfindən müxtəlif mövzularda, o cümlədən kompüter proqramları patent və müəllif hüququnun obyekti kimi, EHM üçün alqoritm və kompüter proqramlarının realizasiyasına dair ekspertizanın xüsusiyyətləri, hesablama texnikası və İT sahəsi üzrə, psevdoelmi ixtiralar haqqında mühazirələr oxunmuş, praktik məşğələlər keçirilmişdir. Avrasiya patentinin alınması üçün iddia sənədlərinin tərtibi və verilməsi, rüsumlar, ilkin və mahiyyətcə ekspertizanın aparılması, avrasiya patentinin verilməsi, onun qüvvədə saxlanması, verilmiş patentə etiraz, patentin ləğv edilməsi, axtarış sistemləri, mexanika, fizika və elektrotexnika üzrə iddia sənədlərinin ekspertizası barədə də ətraflı məlumatlar verilmişdir.
Sonda Avrasiya Patent İdarəsi tərəfindən təcrübə kursunun iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.