Ulu Öndərin xatirəsi yad edilmişdir

08-05-2019

Ulu Öndərin xatirəsi yad edilmişdir

Mayın 8-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində Azərbaycan xalqının dahi oğlu ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə iclas keçirilmişdir.
Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzin direktoru Xudayət Həsənli böyük dövlət xadimi, müasir Azərbaycanın qurucusu əbədi yaşar dahi siyasətçi Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışdı. “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında“ Azərbaycan Respublikası qanunlarının Ulu Öndər tərəfindən imzalanmasının böyük qürur hissi doğurduğunu vurğulayan Mərkəzin direktoru sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqi bazanın Heydər Əliyevin rəhbərliyi altında yaradıldığını bildirdi. Qeyd etdi ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də əqli mülkiyyətin inkişafına böyük diqqət  və qayğı göstərir. Ölkə Prezidentinin  2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Əqli Mülkiyyət Agentliyinin yaradılması da bu qayğnın nəticəsidir.
İclasda Mərkəzin direktorunun müşavirlərinin v. i. e Mir Yaqub Seyidov və Zaur Hacıyev, İnnovasiyalara dəstək və təlim mərkəzinin müdirinin v.i.e  Alı İsmayılov, İxtira və faydalı modellərin ekspertizası şöbəsinin Kimya və biotexnologiya sektorunun müdirinin v. i. e Rəcəf Orucov çıxış edərək ölkəmizdə patent sisteminin məhz ümummilli lider tərəfindən yaradıldığını, bu sahədə çevik idarəetmə mexanizminin formalaşdırıldığını və əqli mülkiyyətin inkişafı ilə bağlı  Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər.