06-05-2019
Ekspertlər Komitəsinin 29-cu iclası keçirilmişdir
Cari il 29 aprel – 3 may tarixlərində Cenevrə şəhərində ÜƏMT-nin Beynəlxalq əmtəə və xidmətlər təsnifatı üzrə xüsusi birliyi (Nitsa Birliyi) Ekspertlər Komitəsinin 29-cu iclası keçirilmişdir.
İclasda Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsinin müdirinin vəzifəsini icra edən Ramin Hacıyev iştirak etmişdir.
Sessiyada iştirakçı ölkələrin əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT) bəzi siniflərində əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülmüş, sinif başlıqları müasir dövrün tələblərinə cavab verən məzmunda təftiş edilərək yenidən tərtib olunmuşdur. Qəbul edilmiş qərarda əsasən iştirakçı ölkələrin təcrübəsindən irəli gələn yeni yaradılmış və ya məlum olan əmtəə və xidmətlərin iddiaçılar tərəfindən istifadə arealı və tipik regional məhsullar barədə məlumatlar əks edilmişdir.
Qeyd edilənləri nəzərə alaraq ölkəmizə aid kifayət qədər tipik regional məhsulların olması, eyni zamanda aparılan iqtisadi islahatlara əsasən müxtəlif sahələrdə əldə olunmuş elmi-texniki tərəqqi nəticəsində yaranan məhsulların gələcəkdə Beynəlxalq Nitsa Təsnifatında əks etdirilməsi imkanları öyrənilmişdir.