02-05-2019
Yüksək ixtisaslı kadrları işə dəvət edirik
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və
Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi ali təhsilli mütəxəssisləri işə dəvət edir
Mərkəzin İxtira və faydalı modellərin ekspertizası şöbəsində ixtira və faydalı modellərin qeydiyyatına dair iddia sənədlərinin ilkin və mahiyyətcə ekspertizası, habelə patent-məlumat axtarışı üzrə vakant vəzifələrin tutulması üçün neft-qaz, maşınqayırma, inşaat və cihazqayırma ixtisaslarına yiyələnmiş mütəxəssisləri işə dəvət edir. Bununla əlaqədar Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin www.patent.gov.az internet saytında və www.facebook.com səhifəsində elan verilmiş, mütəxəssislərdən tələb olunan bacarıq və vərdişlərin dairəsi göstərilmişdir.
Müsabiqədən müvəffəqiyyətlə keçən mütəxəssislər sınaq dövrünü başa vurduqdan sonra Mərkəzdə müvafiq işlə təmin olunacaqlar. İşçilərə yüksək əmək haqqı veriləcəkdir.