22-04-2019
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi sahibkarlar üçün maarifləndirici təlim kursları təşkil edir
Hörmətli sahibkarlar!
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə cari il may ayının 27- 31 və iyun ayının 3 - 5 tarixlərində gündə 2 saat olmaqla Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən ASK üzvləri üçün ödənişsiz təlim kursları təşkil olunur.
Təlim kurslarında aşağıdakı mövzular tədris ediləcəkdir.
- Əmtəə nişanları və coğrafi göstəricilər sahəsində milli və beynəlxalq qanunvericilik.
- Əmtəə nişanları və coğrafi göstəricilərin mühafizəsi.
- Domenlər
- Əmtəə nişanlarının beynəlxalq qeydiyyat sistemi
İlkin olaraq təlim kursları TİKİNTİ, NƏQLİYYAT / LOGİSTİKA, MALİYYƏ, SƏHİYYƏ, TURİZM, AQRAR SAHƏ/ QİDA SEKTORUNU əhatə edən mövzular üzrə keçiriləcəkdir.
Sizi kurslarda iştirak etməyə dəvət edirik.
Təlim kurslarını müvəffəqiyyətlə bitirmiş iştirakçılara Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müvafiq sənəd veriləcəkdir.
Əlaqələndirici şəxs: Alı İsmayılov (e-mail: a.ismayılov@patent.gov.az; əlaqə telefonları: (012) 449 62 54); (050; 055) 319 07 21
Azərbaycan Respublikası
Əqli Mülkiyyət Agentliyinin
tabeliyində olan Patent və Əmtəə
Nişanlarının Ekspertizası Mərkəzi