Qadınların İxtiralarının 12-ci Koreya Beynəlxalq Sərgisi 2019 və İxtiraçı Qadınların Koreya Beynəlxalq Forumu

05-04-2019

Qadınların İxtiralarının 12-ci Koreya Beynəlxalq Sərgisi 2019 və İxtiraçı Qadınların Koreya Beynəlxalq Forumu

20-23 iyun tarixlərində Koreya Respublikasının Seul şəhərində 2 nömrəli Koreya Beynəlxalq Sərgi Mərkəzinın 9B Zalında Qadınların İxtiralarının 12-ci Koreya Beynəlxalq Sərgisi (KIWIE) 2019 və İxtiraçı Qadınların Koreya Beynəlxalq Forumu keçiriləcəkdir.
 
Bundan əlavə, 24-25 iyun tarixlərində Kreativ Qadın Liderlər üçün Əqli Mülkiyyət Dalğası akademiyası öz işinə başlayacaq.

Bu tədbir ödənişlidir və tədbirdə ixtiranın stendə qoyulması üçün 300 ABŞ dolları ödəmək tələb olunur (3-dən artıq ixtira təqdim edildikdə isə, əlavə olaraq 150 ABŞ dolları ödənilməlidir).

Sərgidə və forumda iştirak etmək istəyənlər bu məlumata əlavə olunan anket nümunəsini doldurub gokiwie@gmail.com elektron ünvanına göndərməlidirlər.

Qeyd: Tədbirdə iştirak edəcək bütün üzvlərin əlavə olunan siyahıda olduğunu əmin olun

Ətraflı məlumat üçün bu linkə keçə bilərsiniz:

http://kiwie.or.kr/newkiwie/eng/exposition/infor.asp

İ
ştirakçıların siyahısı

Anket nümunəsi