“Coğrafi göstəricilər sahəsində ən yaxşı təcrübə” adlı Fransaya 3 günlük təlim səfəri

06-03-2018

“Coğrafi göstəricilər sahəsində ən yaxşı təcrübə” adlı Fransaya 3 günlük təlim səfəri

Cari ilin 27-28 fevral və 1 mart tarixlərində Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru G.Sevdimalıyevanın rəhbərliyi altında nümayəndə heyəti coğrafi göstəricilərin mühafizəsi, təşviqi və inkişafı sahəsində Fransa nümunəsi əsasında Avropa İttifaqı qanunvericiliyi ilə bağlı təcrübənin yerində öyrənilməsi məqsədilə “Coğrafi göstəricilər sahəsində ən yaxşı təcrübə” adlı Fransaya 3 günlük təlim səfəri etmişdir. Təlim səfəri Fransanın Kənd təsərrüfatı, Ərzaq sənayesi və Meşə Təsərrüfatı Nazirliyi və Fransanın Mənşə və Keyfiyyət Milli İnstitutunun (INAO) birgə əməkdaşlığı ilə təşkil olunmuşdur. Təlim zamanı INAO-ya, Fransanın Konyak şəhərində yerləşən Konyak Üzrə Peşəkarlararası Milli Büroya (BNIC) və Parisdə keçirilən “Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi 2018”-ə səfər olunmuşdur. Konyak şəhərinin meri cənab Michel Gourinchas nümayəndə heyəti üçün təşkil olunmuş nahara qatılmışdır.