21-02-2019
“Gələcəyə baxış” Avrasiya Patent universiadası
Hörmətli həmkarlar!
Avrasiya Patent İdarəsi gənc nəslin əqli mülkiyyət sahəsinə marağının artırılması məqsədilə “Gələcəyə baxış” devizi altında Avrasiya patent universiadasının keçirilməsi barədə qərar qəbul etmişdir. Bununla əlaqədar Avrasiya Patent İdarəsi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət ünvanlayaraq ölkəmizin ali təhsil müəssisələrində, ümumtəhsil məktəblərində və peşə liseylərində çalışan istedadlı gəncləri və təhsil alan tələbələri, habelə şagirdləri və startapçılarımızı universiadada geniş formatda iştirak etməyə dəvət edir.
“Gələcəyə baxış” universiadasında iştirakının faydalı olacağını nəzərə alaraq Sizi UNİVERSİADADA iştiraka dəvət edirik.
Əlaqələndirici şəxs: Alı İsmayılov (e-mail: a.ismayılov@patent.gov.az; əlaqə telefonları: (012) 449 62 54); (050) 273 58 89)
Qoşma:
- “Gələcəyə baxış” Avrasiya Patent universiadası haqqında Əsasnamə - 3 vərəq
- Universiada barədə məlumat – 1 vərəq
- İştirak üçün kateqoriyalar üzrə ərizə formaları – 2 vərəq.
Azərbaycan Respublikası
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi