Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsin Təlim Mərkəzində təlimlər davam edir

19-02-2018

Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsin Təlim Mərkəzində təlimlər davam edir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  və  Ümumdünya  Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında imzalanmış Memorandum çərçivəsində, “Mənşə yeri adları və Coğrafi göstəricilərin fərqləndirici əlamətləri və mühafizə mövzusu üzrə təlimlərin dördüncü mərhələsi Modul 4: cari ilin 19 - 23 fevral 2018-ci il tarixlərində (5 gün) müddətində Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsin Təlim Mərkəzində öz işinə başlamışdır.

Xatırladırıq ki,

Modul 1:  “Əsas təlim metodikaları” mövzusunda, 14-18 dekabr 2015-ci il.

Modul 2: “Tətbiqi təlim metodikaları” mövzusunda  19-23  sentyabr 2016-cı il.

Modul 3: “Özəl sektor üçün ƏM sahəsində seçilmiş mövzular” üzrə təlimlər 15-19 may 2017-ci il tarixlərində Təlim Mərkəzində təşkil olunmuşdur.

Modul 4: Təlimlərində elm, təhsil, gömrük, özəl sektor və  Patent və Əmtəə Nişanları Mərkəzini təmsil edən, ÜƏMT-nın Akademiyası tərəfindən qeydiyyata götürülmüş 20 nəfər təlimçi iştirak edir.

Həftə ərzində mühazirələr ÜƏMT tərəfindən Patent və Əmtəə Nişanları Mərkəzinə ezam edilmiş Gürcüstan Respublikası Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) sədri cənab Nikolaz Qoqilidze, adı çəkilən Mərkəzin müşaviri cənab David Gabunia və Gürcüstan Respublikası Bankı Tədris Departamentinin təlimatçısı cənab Paata Papava həmçinin Mərkəzin əməkdaşları tərəfindən 30-dan yuxarı məruzə tədris ediləcəkdir.