Moskva şəhərində sənaye nümunələrinin qorunması məsələləri müzakirə olunub

20-12-2018

Moskva şəhərində sənaye nümunələrinin qorunması məsələləri müzakirə olunub

10-11 dekabr 2018-ci il tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT) çərçivəsində sənaye nümunələrinin qorunması sisteminin yaradılması üzrə işçi qrupunun 4-cü iclası keçirilib. APT-nin İnzibati Şurasının tapşırığı ilə keçirilən toplantıya Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistannın nümayəndələri qatılıb.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Emil Məmmədov da iclasda iştirak edib.

Toplantıda APT çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddətinin azaldılması məsələsi və bir sıra digər dəyişikliklər müzakirə edilib və razılaşdırılıb. İşçü qrupunun qərarı ilə dəyişikliklərlə birlikdə razılaşdırılmış sənaye nümunələrinin qorunmasına dair Protokol dövlətdaxili prosedurların aparılması üçün APT üzv-ölkələrinə göndərilməsi tövsiyə olunub.