Əqli Mülkiyyət Agentliyinin müşaviri Rusiyada tədbirdə iştirak edib

03-12-2018

Əqli Mülkiyyət Agentliyinin müşaviri Rusiyada tədbirdə iştirak edib

Noyabrın 27-29-da Moskvada Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Rusiya Federasiyasının Əqli Mülkiyyət Federal Xidməti və Federal Sənaye Mülkiyyəti İnstitutu tərəfindən texnologiya və innovasiyalara dəstək mərkəzləri (TİDM) üçün seminar təşkil olunub. Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanın nümayəndələrinin də qatıldığı tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin müşaviri Emin Zeynalov təmsil edib.

Seminarda ÜƏMT-nin TİDM proqramı, Rusiyada texnologiya və innovasiyalara dəstək sahəsində görülən işlər, “SCOPUS”/”ScienceDirect” məlumat bazası, əqli mülkiyyət sahəsində kadrların hazırlanması üçün tədris proqramları, məktəblərdə müəlliflik hüququ və patent hüququnun tədrisi, əqli mülkiyyət fəaliyyətinin nəticələrinin istifadə olunmasının praktik aspektləri, əqli mülkiyyət nəticələrinin kommersialaşdırılması perspektivlətinin qiymətləndirilməsi və s. məsələlər haqqında məruzələr edilib, sahibkarların texnoloji və elmi layihələrinə, həmçinin gənc ixtiraçılara dəstək məsələləri ətrafında dəirmi masa keçirilib.

Seminar çərçivəsində müzakirәlәr zamanı Agentliyin nümayəndəsi tərəfindən ölkәmizdә әqli mülkiyyәt sahәsindә aparılan son institusional islahatlar, o cümlədən texnologiyaların transferi və əqli mülkiyyətin kommresiyalaşdırılmasına dəstək istiqamətində həyata keçirilən tədbirlər barədə seminar iştirakçılarına məlumat verilib.