Patent və Əmtəə Nişanları Mərkəzində Sənaye Mülkiyyətinin İdarə Olunması Sisteminin (İPAS) təqdimatı olmuşdur

02-07-2018

Patent və Əmtəə Nişanları Mərkəzində Sənaye Mülkiyyətinin İdarə Olunması Sisteminin (İPAS) təqdimatı olmuşdur

Cari ilin 25-29 iyun tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əqli mülkiyyət qurumlarına yardım proqramı çərçivəsində Patent və Əmtəə Nişanları Mərkəzində Sənaye Mülkiyyətinin İdarə Olunması Sisteminin (İPAS) təqdimatı olmuşdur. Sözügedən sistem əqli mülkiyyət, axtarış sistemi də daxil olmaqla onlayn xidmətlər, ərizələrin qeydiyyatı və verilməsinin idarə olunması üçün səmərəli avtomatlaşdırılmış və standartlaşdırılmış biznes prosesləri vasitəsilə maraqlı tərəflərə daha keyfiyyətli xidmətlər göstərməklə əqli mülkiyyət qurumlarına yardım etmək, həmçinin elektron sənəd və məlumat mübadiləsi üçün imkanların yaradılması məqsədilə regional və beynəlxalq sistemlərə inteqrasiya məqsədi daşıyır. Layihənin menecerləri cənab Adel Bakkuş və cənab Devid Floro 5 gün ərzində sözügedən sistemlə ilkin tanışlığı və Mərkəzdə tətbiqini həyata keçirdilər.