Sənaye mülkiyyəti obyektlərinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenlərinin 2023-cü ildə ilk nömrələri çapdan buraxılmışdır

02-02-2023

Sənaye mülkiyyəti obyektlərinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenlərinin 2023-cü ildə ilk nömrələri çapdan buraxılmışdır

     Sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenləri 1996-cı ildən nəşr olunur. Bülletenlərin hər birinin ildə 12 nömrəsi çapdan buraxılır.

    “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2023-cü ilin yanvar ayında 1-ci nömrələrinin çap və elektron variantları işıq üzü görmüşdür.

 İxtiralar, faydalı modellər və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti”  bülleteninin 1-ci nömrəsində 7 ixtiraya və 1 faydalı modelə aid iddia sənədləri barədə məlumatlar verilmişdir.

Bülletenin 1-ci nömrəsində həmçinin Dövlət Reyestrinə daxil edilmiş 5 ixtira və 2 milli sənaye nümunələri patentləri haqqında məlumatlar dərc olunmuşdur. İstifadəçilər “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizəyə verilmiş 9 beynəlxalq sənaye nümunəsi barədə məlumatlarla da tanış ola biləcəklər.

1-ci nömrədə patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtira üzrə 25, faydalı model üzrə 8 və sənaye nümunələri üzrə 9 bildiriş dərc edilmişdir.    

                                                                                                                    ...

    İddiaçılar və digər maraqlı şəxslər əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülleteninin 2023-cü ilin yanvar ayında işıq üzü görmüş 1-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 343 əmtəə nişanı barədə dərc edilmiş məlumatlarla tanış ola biləcəklər. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 238-i hüquqi şəxslər, 70-i fiziki şəxslər və 35-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən Agentliyə təqdim edilmişdir.  

   Bülletenin 1-ci nömrəsində əmtəə nişanı sahibinin adının və (və ya) ünvanının dəyişdirilməsi barədə 84, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 39, qüvvədə olan əmtəə nişanlarının etibarsız hesab edilməsi barədə 2 bildiriş də dərc olunmuşdur.