20-06-2018
Avrasiya Patent İdarəsi aparıcı ekspert vakant vəzifənin tutulması üçün müsabiqə elan edir
Avrasiya Patent Təşkilatının (APT) Avrasiya Patent İdarəsi APT-nin Mexanika, fizika və elektrotexnika şöbəsinə aparıcı ekspert vakant vəzifənin tutulması üçün müsabiqə elan edir.
Müsabiqə Komissiyası tərəfindən sənəd qəbulu 19 iyul 2018-ci il tarixində bitir.
Vakant vəzifənin tutulması üçün müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu ilə bağlı elan, namizədlərə dair tələblər, onların vəzifələri və vəzifə maaşı, həmçinin vakant vəzifənin tutulması üçün ərizə forması APT-nin internet səhifəsinin “Xəbərlər” bölməsində yerləşdirilmişdir