“Sənaye mülkiyyəti” bülletenlərinin 6-ci nömrəsi çapdan buraxılmışdır

04-07-2022

“Sənaye mülkiyyəti” bülletenlərinin 6-ci nömrəsi çapdan buraxılmışdır

Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 6-cı nömrələri işıq üzü görmüşdür.

 İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülleteninin 6-cı nömrəsində 18 ixtiraya aid iddia sənədləri barədə məlumatlar verilmişdir. Oxucular Dövlət reyestrinə daxil edilmiş 10 ixtira, 3 faydalı model və 2 milli sənaye nümunəsi patentləri haqqında məlumatlarla da tanış ola biləcəklər.

 “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 8 beynəlxalq sənaye nümunəsi barədə məlumatlar istehlakçıların marağına səbəb olacaqdır.

 Bülletinin 6-cı nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 9, faydalı modelə dair 1 və sənaye nümunəsinə dair 4 bildiriş dərc edilmişdir.

...

         Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 6-cı nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 247 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarının iddiaçılarının 144-ü hüquqi şəxs və 55-i fiziki şəxsdir. İddia sənədlərinin 48-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilmişdir.

Bülletenin 6-cı nömrəsində əmtəə nişanları sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 35, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 18, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 69 bildiriş dərc olunub.