İddia sənədləri PƏNAH vasitəsi ilə qəbul olunacaq

02-06-2022

İddia sənədləri PƏNAH vasitəsi ilə qəbul olunacaq

İxtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsi və əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulu daha da asanlaşdırılmışdır. Bununla əlaqədar 2022-ci il 2 iyun tarixindən etibarən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə iddia sənədlərinin qəbulu yalnız Əqli Mülkiyyət Agentliyində yaradılmış Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) onlayn sistemi vasitəsilə elektron formada və ya bilavasitə kağız daşıyıcıda Əqli Mülkiyyət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 124 ünvanında yerləşən binasında həyata keçiriləcək.