Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsində ekspert işləmək istəyirsiniz?

11-03-2022

Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsində ekspert işləmək istəyirsiniz?

Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi (APT APİ) 2022-ci il 10 mart tarixindən etibarən Ekspertiza idarəsinin Mexanika, fizika və elektrotexnika şöbəsində vakant olan texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması sahəsində ixtisaslaşmış aparıcı ekspert vəzifəsinin tutulması məqsədilə müsabiqə elan etmişdir.
APT APİ-nin Ekspertiza idarəsinin Formal ekspertiza şöbəsində vakant olan bir ekspert vəzifəsinin tutulması üçün də müsabiqə keçirilir.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları olan mütəxəssislər namizədlərə dair müəyyən edilmiş tələblər, əməkhaqqı və digər məsələlər barədə daha ətraflı məlumatları APT-nın internet portalının “EAPO vakansiyaları” (“Вакансии ЕАПВ”) bölməsindən əldə edə bilərlər.
APT APİ-nin mənzil-qərargahı Moskva şəhərində yerləşir.