“Sənaye mülkiyyəti” bülletenlərinin 2-ci nömrəsi çapdan buraxılmışdır

04-03-2022

“Sənaye mülkiyyəti” bülletenlərinin 2-ci nömrəsi çapdan buraxılmışdır

“Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2022-ci ilin fevral ayında 2-ci nömrələri işıq üzü görmüşdür.

 İxtiralar, faydalı modellər və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti”  bülletenin 2-ci nömrəsində 9 ixtiraya, 1 faydalı modelə və 2 milli sənaye nümunələrinə aid iddia sənədləri barədə məlumatlar verilmişdir.

İddiaçılar və digər maraqlı şəxslər bülletenin 2-ci nömrəsində həmçinin Dövlət Reyestrinə daxil edilmiş 1 ixtira və 1 faydalı model patentləri haqqında, eləcə də “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 7 beynəlxalq sənaye nümunəsi barəsində məlumatlarla tanış ola bilərlər.

2-ci nömrədə patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtira üzrə 11, faydalı model üzrə 10 və sənaye nümunələri üzrə 10 bildiriş dərc edilmişdir.    

...

      Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülleteninin 2022-ci ilin fevral ayında nəşr olunmuş 2-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 265 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən  127-i hüquqi şəxslər, 69-u fiziki şəxslər və 69-u patent müvəkkilləri tərəfindən Agentliyə təqdim edilib.  

    Bülletenin 2-ci nömrəsində əmtəə nişanı sahibinin adının və ya ünvanının dəyişdirilməsi barədə 34, hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 8, lisenziya müqaviləsinin qeydiyyatı barədə 1, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 71 bildiriş dərc olunmuşdur.