Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası onlayn kurslar keçirəcəkdir

23-02-2022

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası onlayn kurslar keçirəcəkdir

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tərəfindən 2022-ci ildə tələbə və gənc tədqiqatçılar üçün müəllif hüquqları və əlaqəli hüquqlar, patent, əmtəə nişanları, sənaye nümunələri və əqli mülkiyyətin digər sahələri üzrə onlayn qaydada təlim kursları keçiriləcəkdir.

 Təlim proqramları ingilis, fransız, rus və digər dillərdə tədris olunur. Onlayn kursları uğurla bitirənlərə elektron sertifikat təqdim ediləcək.

 Təlim kursları ilə bağlı daha ətraflı məlumatlar https://welc.wipo.int saytında yerləşdirilmişdir.