Avrasiya Patent İdarəsinin yeni prezidenti səlahiyyətlərinin icrasına başlamışdır

21-02-2022

Avrasiya Patent İdarəsinin yeni prezidenti səlahiyyətlərinin icrasına başlamışdır

Avrasiya Patent İdarəsinin (APİ) yeni prezidenti Qriqoriy İvliyev vəzifələrinin icrasına başlamışdır.

Bununla əlaqədar Avrasiya Patent Təşkilatının (APT) Moskva şəhərindəki mənzil-qərargahında təqdimetmə mərasimi keçirilmişdir.

Avrasiya Patent Təşkilatının internet sytında yerləşdirilmiş məlumata görə  Q. İvliyevin APİ-nin prezidenti təyin olunması haqqında qərar APT-nin İnzibati Şurasının 2021-ci il 9-10 avqust tarixlərində keçirilmiş 38-ci iclasında qəbul edilmişdir.

Mərasimin sonunda Q. İvliyev APİ-nin və onun struktur bölmələrinin rəhbərləri ilə görüşmüşdür.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Avrasiya Patent Konvensiyasının iştirakçısıdır, 2020-ci ildə isə “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolu”nu təsdiq etmişdir.

Ölkəmiz Avrasiya Patent Təşkilatı ilə fəal əməkdaşlıq edir.