10-02-2022
“Sənaye mülkiyyəti” bülletenlərinin 2022-ci ildə 1-ci nömrəsi çapdan buraxılmışdır
Sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenləri 1996-cı ildən nəşr olunur. Bülletenlərin hər birinin ildə 12 nömrəsi çapdan buraxılır. “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2022-ci ilin yanvar ayında 1-ci nömrələrinin çap və elektron variantları işıq üzü görmüşdür.
İxtiralar, faydalı modellər və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 1-ci nömrəsində 13 ixtiraya, 3 faydalı modelə və 3 milli sənaye nümunələrinə aid iddia sənədləri barədə məlumatlar verilmişdir.
Bülletenin 1-ci nömrəsində həmçinin Dövlət Reyestrinə daxil edilmiş 18 ixtira, 3 faydalı model və 3 milli sənaye nümunələri patentləri haqqında məlumatlar dərc olunmuşdur. İstifadəçilər “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizəyə verilmiş 22 beynəlxalq sənaye nümunəsi barədə məlumatlarla da tanış ola biləcəklər.
1-ci nömrədə patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtira üzrə 32, faydalı model üzrə 14 və beynəlxalq sənaye nümunələri üzrə 11 bildiriş dərc edilmişdir.
...
İddiaçılar və digər maraqlı şəxslər əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülleteninin 2022-ci ilin yanvar ayında işıq üzü görmüş 1-ci nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 250 əmtəə nişanı barədə dərc edilmiş məlumatlarla tanış ola biləcəklər. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 111-i hüquqi şəxslər, 44-ü fiziki şəxslər və 95-i patent müvəkkilləri tərəfindən Agentliyə təqdim edilmişdir.
Bülletenin 1-ci nömrəsində əmtəə nişanı sahibinin adının və (və ya) ünvanının dəyişdirilməsi barədə 56, hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 59, lisenziya müqaviləsinin qeydiyyatı barədə 12, qeydiyyata alınmış əmtəə nişanına aid əmtəə və xidmətlərin siyahısında dəyişikliklərə dair 6, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 84 bildiriş də dərc olunmuşdur.