"Gələcəyə baxış” Avrasiya Patent Universiadası - 2022

07-02-2022

"Gələcəyə baxış” Avrasiya Patent Universiadası - 2022

“Gələcəyə baxış”  patent universiadasına  start verilmişdir

Avrasiya Patent Təşkilatı 2022-ci ildə  şagirdlər və gənclər arasında “Yarat! İxtira et! Təəccübləndir!”  devizi altında keçiriləcək “Gələcəyə baxış” patent universiadasına start vermişdir.

Universiada yaradıcılıq işlərinin və yaradıcılıq layihələrinin (elmi-texniki yaradıcılıq işləri, sənaye dizaynı sahəsində orijinal işlər) müsabiqəsi formasında iki yaş qrupunu əhatə edəcəkdir:

Birinci yaş qrupuna 10 yaşdan 17 yaşadək olan şagirdlər və tələbələr,  ikinci yaş qrupuna 18 yaşdan 25 yaşadək olan gənclər, o cümlədən tələbələr daxildir.

Müsabiqədə iştirak üçün yaradıcılıq işlərinin və layihələrinin Avrasiya Patent Təşkilatına göndərilməsinə artıq başlanılmışdır. İşlərin qəbulu 2022-ci il aprel ayının 30-dək davam edəcək.

Universiadanın yekunları 2022-ci il may ayının 31-də dərc olunacaqdır.

Qaliblər Avrasiya Patent Təşkilatının “Gələcəyə baxış” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Universiada ilə bağlı daha ətraflı məlumatı Avrasiya Patent Təşkilatının  info@eapo.org internet səhifəsindən əldə edə bilərsiniz.

Universiadada iştirak üçün yaradıcılıq işlərini və iştirakçı barədə digər məlumatları  elektron poçt və ya poçt vasitəsi ilə Əqli Mülkiyyət Agentliyinə və ya Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının  Ekspertizası  Mərkəzinə də göndərmək olar. Bu halda zərfin üzərində və ya elektron müraciətin əvvəlində “Universiadada iştirak üçün” qeydi yazılmalıdır.

Universiadada iştirakla bağlı suallar yaranarsa, Əqli Mülkiyyət Agentliyinin 960 – “Çağrı Mərkəzi”nə  müraciət edə bilərsiniz.