İddiaçıların nəzərinə
İDDİAÇILARIN NƏZƏRİNƏ!
Hörmətli iddiaçılar!
Nəzərinizə çatdırırıq ki, əmtəə nişanının qeydə
alınmasına dair ərizə Azərbaycan dilində verilməlidir və iddia sənədi ərizədən
və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid
olmalıdır.
Bildiririk
ki, “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci
hissəsinə əsasən əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakıların
göstərilməsi mütləqdir:
- iddiaçının
adı;
- iddiaçının ünvanı;
- iddia edilən
nişanın şəkli;
- nişanların
qeydiyyatı üçün əmtəələrin və ya xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış
siyahı;
- əmtəə
nişanının rəngi;
- iddiaçı hüquqi şəxs olduqda ərizə təşkilatın rəhbəri
və ya rəhbərin adından imzalamağa səlahiyyəti olan şəxs tərəfindən imzalanır.
İmza edən şəxsin vəzifəsi, soyadı, adı göstərilməli və imza möhürlə təsdiqlənməlidir.
Aşağıda göstərilənlər iddia ərizəsində qeyd edildiyi təqdirdə iddia
sənədi geri qaytarılacaq və verilməmiş sayılacaqdır:
1. ərizədə əmtəə və xidmətlərin siyahısı Azərbaycan
dilində deyil, hər hansı xarici dildə yazıldıqda; 2. ərizədə nişanın qeydiyyatı üçün nəzərdə tutulmuş
əmtəə və xidmətlərin siyahısı konkret şəkildə (məsələn: 01-ci sinif:
ağac kömürü) deyil, sinif qruplarının başlıqları ilə göstərildikdə; 3. ərizədə siyahı yalnız əmtəələrin və ya xidmətlərin
aid olduğu siniflərin nömrəsi ilə qeyd edildikdə (məsələn: 09,18,24,36); 4. ərizədə yalnız əmtəə və ya xidmətin sinif nömrəsini
qeyd edərək “siyahı gələcəkdə təqdim
olunacaq” kimi yazıldıqda.
- “Əmtəə nişanları və coğrafi
göstəriciləri haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən
“əmtəə
nişanına dair şəhadətnamənin sahibi əmtəə nişanının yanında onların Azərbaycan
Respublikasında qeydiyyatda olmasını bildirən “®” işarəsi
qoya bilər. Xahiş
olunur, qeydiyyata alınmış əmtəə nişanı simvolu olan “®” işarəsini əmtəə nişanının şəkilləri
üzərində yalnız daha əvvəl qeydiyyata malik olduğunuz halda əks edəsiniz.
|