ŞƏXSİ KABİNET

“Sənaye mülkiyyəti” bülletenlərinin 4-cü nömrəsi çapdan buraxılmışdır

2022-05-04

Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenlərinin 2022-ci ilin aprel ayında 4-cü nömrələri işıq üzü görmüşdür.

 İxtira, faydalı model və sənaye nümunələrinə dair məlumatların dərc edildiyi “Sənaye mülkiyyəti” bülletenin 4-cü nömrəsində 5 ixtiraya və 2 faydalı modelə aid iddia sənədləri barədə məlumatlar verilmişdir. Bu nömrədə Dövlət Reyestrinə daxil edilmiş 2 ixtira və 1 faydalı model patentləri haqqında, habelə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizə verilmiş 4 beynəlxalq sənaye nümunəsi barəsində məlumatlarla da tanış olmaq mümkündür.

Bülletinin 4-cü nömrəsində patentlərin qüvvədəolma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 16, faydalı modelə dair 5 və sənaye nümunəsinə dair 6 bildiriş dərc edilmişdir.    

...

  Əmtəə nişanlarına və coğrafi göstəricilərə dair “Sənaye mülkiyyəti” aylıq rəsmi bülletenin 2022-ci ilin aprel ayında nəşr olunmuş 4-cü nömrəsində Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 200 əmtəə nişanı barədə məlumatlar dərc edilmişdir. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 90-ı hüquqi şəxslər və 44-ü fiziki şəxslər tərəfindən Agentliyə təqdim edilib. İddia sənədlərinin 66-nı iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri vermişdir.   

Bülletenin 4-cü nömrəsində əmtəə nişanları sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 72, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanlarına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 19, əmtəə və xidmətlərin siyahısında dəyişikliklərə dair 1, lisenziya müqaviləsinin qeydiyyatı barədə 1, əmtəə nişanının qeydiyyatının qüvvədəolma müddətinin uzadılması ilə bağlı 112 bildiriş dərc olunmuşdur.   



« XƏBƏRLƏR






  

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları., 124

2019 © Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi 
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi
site by

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyi